Polis Bakıda ziyankarları saxladı - VİDEO

10:24 05.05.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Bir neçə gün əvvvəl marketlərin birində qida məhsullarını qəsdən yararsız hala salıb və bunu mobil telefon vasitəsilə çəkib sosial şəbəkələrdə paylaşanların şəxsiyyəti müəyyən edilib”.

 

Bu barədə hafta.az-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin əməkdaşı, polis leytenantı Zeyni Hüseynov məlumat verib.

 

O qeyd edib ki, Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən aparılan araşdırmalarla həmin şəxslərin Bakı şəhər sakinləri Rüstəm Orucov və Xəyalə Vəliyeva olduqlarları məlum olub:

 

“Onlar polis orqanına gətirilib və həmin şəxslərlə profilaktiki söhbətlər aparılıb, o cümlədən mağazaya dəymiş maddi ziyan ödətdirilib.

Rüstəm Orucov və Xəyalə Vəliyeva törətdikləri əməldən peşiman olduqlarını bildiriblər”.